Bank Of Baku

Yevlaxda sahibkarlar üçün treninqlər keçirilib

Yevlaxda sahibkarlar üçün treninqlər keçirilib
# 27 sentyabr 2012 16:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Yevlax rayonunun Səmadabad kəndində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin təşkilatçılığı ilə sahibkarlar üçün «Ekoloji təmiz kənd təsərrüfatı», «Aqrar iqtisadiyyat» və «Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması» mövzularında treninqlər keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, treninqlərdə «Ekoloji təmiz kənd təsərrüfatının nəzəri əsasları» mövzusunda təqdimat keçirilib, ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili qaydaları, aqrar bölmədə təsərrüfatçılığın yeni formaları, kənd təsərrüfatı xammalının tədarükü və saxlanılması, yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və satışını təmin etmək üçün işgüzar əlaqələrin qurulması, taxılçılığın inkişaf istiqamətləri və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə həmçinin sahibkarlara risklərin mahiyyəti, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, bu sahədə mövcud qanunvericilik və s. barədə ətraflı məlumat verilib, «Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması» mövzusunda təqdimat keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR