Bank Of Baku

«AzMeCo» şirkətinin əsas təsisçisi Moskvada elit ticarət mərkəzi alır

«AzMeCo» şirkətinin əsas təsisçisi Moskvada elit ticarət mərkəzi alır
# 28 sentyabr 2012 11:01 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə «PNN Group»un həmtəsisçisi Nəsib Piriyevə istinadən Rusiyanın «Kommersant» qəzeti məqalə dərc edib.

Qəzetin məlumatına əsasən, ticarət mərkəzinin 2018-ci ilə qədər müddətinə tikintisi üçün 150 mln. ABŞ dolları həcmində kredit ayıran Rusiya «Sberbank»ına qarşı öhdəlikləri ilə birlikdə satılması nəzərdə tutulur. Mərkəzin özü 228,8 mln. dollar həcmində qiymətləndirilir ki, beləliklə «RGI International»ın qazancı 79 mln. dollara yaxın olacaq.
Qeyd edilir ki, mərkəzin alınmasından əvvəl «PNN Group» onun beşinci və altıncı mərtəbələrini icarəyə götürüb. Burada iki restoran, bar, fermer bazarı və supermarket yerləşir.

Səkkiz mərtəbəli ticarət kompleksi 2010-cu ilin sonunda açılıb, onun ümumi sahəsi 36,5 min kv. metr təşkil edir. Kompleks 387 maşın tutumlu üç mərtəbəli yeraltı parkinqlə təchiz olunub.

Ticarət mərkəzinin satılması ilə bağlı ilkin məlumatı 2012-ci ilin martında «RGI International» şirkətinin baş direktoru Andrey Nesterenko verib.

«Kommersant»ın məlumatına görə, «PNN Group» Bakı şəhərində Nəsib Piriyevin atası Nizami Piriyev tərəfindən yaradılıb. Holdinqin əsas aktivi netf-kimya məhsulları və metanol istehsalı ilə məşğul olan «AzMeCo» şirkətidir. Bundan əlavə qeyd edilir ki, «PNN Group» Azərbaycan və Ukraynada «De Beers» və «Hamley’s» şəbəkələrinin mağazalarının yaradılması üzrə tərəfdaşıdır, həmçinin Azərbaycan və Ukraynada «KFC» brendli fast-fud şəbəkəsinin françayzinqi ilə məşğuldur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR