Bank Of Baku

Zaqatalada “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzusunda treninq keçirilib

Zaqatalada “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzusunda treninq keçirilib
# 28 sentyabr 2012 16:15 (UTC +04:00)
Bakı – APA. Zaqatalada İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı, Zaqatala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzusunda treninq keçirilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, treninqdə Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin, Zaqatala Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Bölməsinin əməkdaşları, eləcə də Zaqatala rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Tədbirdə həmçinin sahibkarlara risklərin mahiyyəti, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, bu sahədə mövcud qanunvericilik və s. barədə ətraflı məlumat verilib, “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzusunda təqdimat keçirilib.

Tədbir çərçivəsində sahibkarlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR