Bank Of Baku

İstanbulda beynəlxalq biznes forum keçiriləcək

İstanbulda beynəlxalq biznes forum keçiriləcək
# 01 oktyabr 2012 12:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Oktyabrın 11-14-də İstanbulda Türkiyənin XIV Müstəqil Sənayeçi və İş Adamları Assosiasiyası (MÜSİAD) Sərgisi və XVI Beynəlxalq Biznes Forum keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın iştirak edəcəyi də gözlənilir.
İqtisadiyyatın bütün sahələri üzrə şirkətlərin görüş yeri olan sərgi sahəsinin ümumi ərazisi 45 min kv. metr təşkil edir. Tədbirdə 175 min yerli ziyarətçilərin və 84 ölkədən 5 minə yaxın xarici sahibkarın iştirakı gözlənilir. Tədbirə Azərbaycan sahibkarlarının da iştirak edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR