Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Sabunçu rayonunda sahibkarlardan prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Sabunçu rayonunda sahibkarlardan prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb
# 02 oktyabr 2012 07:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Sabunçu rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dən «APA-Economics»ə verilən məlumata görə, prioritet sahələrə müasir çörək istehsalı müəssisəsinin, kiçik və ya orta həcmli müasir quşçuluq təsərrüfatının, kiçik və ya orta həcmli müasir istixana təsərrüfatının və müasir bağçılıq təsərrüfatlarının yaradılması daxildir. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər.

Bu gündən etibarən sahibkarlar müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilərlər. Əlaqə telefonu: (+994 12) 434-74-29.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR