Bank Of Baku

“Çudo Peçka”: Cavabdeh əməkdaşlar ciddi cəzalandırılıb

“Çudo Peçka”: Cavabdeh əməkdaşlar ciddi cəzalandırılıb
# 03 oktyabr 2012 13:46 (UTC +04:00)
Şirkətdən “APA-Economics”ə verilən açıqlamada bildirilir ki, bir neçə müddətdir “Çudo Peçka”da böyük yenidənqurma işləri gedir: “Xüsusi dəvət olunmuş xarici ekspertlərin iştirakı ilə şirkətin mağaza-kafeləri təmir olunaraq yeni görkəm qazanır, orada olan sexlərdə müasir sanitar standartlara cavab verən təmir işləri aparılır və yeni avadanlıqlarla təchiz olunur. Şirkət müştərilərə təqdim olunan məhsulun keyfiyyətli olmasına daim diqqət yetirib. Yenidənqurma ilə bərabər isə bu diqqət daha da artırılıb”.

Bildirilir ki, məhsulların hazırlanmasında istifadə olunan xammalın keyfiyyətinə əmin olmaq üçün həm xammalı təqdim edən tərəfdən bu məhsulla bağlı müvafiq sertifikatlar tələb olunur, həm də qəbul olunan bütün xammal şirkət tərəfindən də yoxlanılır: “Satılan məhsulların istifadə müddətinə nəzarət etmək üçün şirkətdə daxili komissiya fəaliyyət göstərir. Yararlılıq müddəti keçmiş məhsullar mərkəzdə toplanaraq bu məqsəd üçün nəzərdə tutulmuş ərazidə komissiyanın iştirakı ilə məhv edilir. Son zamanlar mediada yayılmış məlumatlarla bağlı şirkət tərəfindən araşdırmalar aparılıb. Nəticələr üzrə cavabdeh əməkdaşlar məsuliyyətə cəlb edilərək ciddi cəzalandırılıb”.

Qeyd olunur ki, bir müddətdir “Çudo Peçka”da bəzi məhsulların istehsalı müvəqqəti olaraq dayandırılıb: “Bunun səbəbi həmin məhsullar üçün müvafiq sənədlərin tam qaydasında olmamasıdır. Artıq həmin məhsulların da sənədləşdirilməsi işinə başlanılıb. Bu proseslər tam yekunlaşdıqdan sonra “Çudo Peçka” həmin məhsulları da tezliklə yenidən satışa çıxarmağı planlaşdırır. Eləcə də dönər məhsulu ilə bağlı sənədlərdə bəzi çatışmazlıqlar var idi. Artıq həmin sənədləşmələr də tam qaydasına salınıb. Tezliklər dönərin satışı bərpa olunacaq”.

Xatırladaq ki, “Çudo Peçka” şirkəti 2001-ci ildə qurulub və mağaza-kafe tipli fəaliyyət göstərir. Bu, öz sahəsində Azərbaycanda ilk şəbəkə, hazırda isə ölkənin ən geniş mağaza-kafe şəbəkəsidir. Müxtəlif illərdə ABŞ, İngiltərə, Fransa, Hollandiya, İsveçrə kimi ölkələrdə yüksək keyfiyyət və biznes prestiji kriteriyalarına görə mükafatlar alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR