Bank Of Baku

Azərbaycan Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresinin illik toplantısında iştirak edib

Azərbaycan Sənayeçilər  və Sahibkarların Beynəlxalq Konqresinin illik toplantısında iştirak edib
# 08 oktyabr 2012 14:57 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiyanın Kalininqrad şəhərində Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresinin (SSBK) illik toplantısı keçirilib.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Azərbaycanı ASK prezidenti, SSBK şurasının sədr müavini Məmməd Musayev təmsil edib.

M.Musayevin sədrlik etdiyi Şuranın iclası çərçivəsində SSBK-nın 4 sahə komitələrinin dəyirmi masası keçirilib. Dəyirmi masalarda üzv ölkələrlə daha səmərəli əlaqə yaratmaq, SSBK müasir dövrün tələbinə uyğun işgüzar əlaqələrin genişləndirilməsi vacib hesab olunub. Konkret proqramlar hazırlanması, iqtisadi layihələrin tərtib olunması iştirakçılara zəruri məsələ kimi tövsiyə olunub.

Şura iclası çərçivəsində SSBK-əməkdaşlıq mövzusunda innovasiya sərgisi də keçirilib. Sərgidə 27 ölkəni təmsil edən sahibkarlar, təşkilatların nümayəndələri iştirak edib. Sərgidə Azərbaycanın «Azersun Holding», «Mətanət A» şirkəti, «Elba MMC», «Aqro Azərinvest» MMC, «Gilan Holdinq», «Gəncə Şərab-2» ASC, «Göygöl şərab» ASC, «Azqranata» MMC, «Göyçay konyak zavodu»nun istehsalı olan müxtəlif məhsullar nümayiş və dequstasiya olunub. «Azərbaycan şirkətlərinin istehsalı olan təbii şirələr, spirtli içkilər və digər ərzaq məhsulları xüsusi maraq yaradıb. Məhsullarımızın başqa ölkələrə ixracı ilə bağlı ilkin təkliflər daxil olub. Konfedrasiya SSBK -əməkdaşlıq mövzusunda innovasiya sərgisinin və SSBK-nın diplomu ilə təltif olunub» - deyə ASK-nin məlumatında bildirilir.

Azərbaycan tərəfinin fəal tərəfdaşlıq münasibətlərini nəzərə alan iştirakçılar bu il də M.Musayevi SSBK şurasının sədr müavini seçiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR