Bank Of Baku

Bakıda Azərbaycan-Özbəkistan biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Özbəkistan biznes forumu keçiriləcək
# 09 oktyabr 2012 06:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Özbəkistanın baş nazirinin müavini Uluqbek Rozukulovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfər edəcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Özbəkistan biznes forumu keçiriləcək.

Tədbirdə kənd təsərrüfatı və qida sənayesi, ağır sənaye, toxuculuq, tikinti materialları və kənd təsərrüfatı texnikasının istehsalı və digər sektorları təmsil edən Özbəkistan iş adamları iştirak edəcək. Biznes-forum oktyabrın 11-də təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR