Budapeştdə Macarıstan-Azərbaycan biznes forumu keçirilib
İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, səfər çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və Macarıstanın İnvestisiyalar və Ticarət üzrə Agentliyinin (HİTA) təşkilatçılığı ilə Macarıstan-Azərbaycan biznes forumu keçirilib.
Tədbirdə Azərbaycan və Macarıstan tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, səhiyyə, maliyyə, toxuculuq, tikinti, İKT və s. sahələrdə fəaliyyət göstərən 130-a yaxın iş adamı iştirak edib.
Macarıstanın dövlət katibi, Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın həmsədri Peter Siyarto biznes forum, işgüzar görüş və investisiya imkanlarına dair təqdimatların sahibkarlar arasında əməkdaşlığın daha da genişlənməsində, ikitərəfli ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olduğunu vurğulayıb, hər iki ölkənin iqtisadi sahədə böyük potensiala malik olduğunu qeyd edib.
Öz növbəsində Azərbaycanın iqtisadi inkişaf naziri, Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın həmsədri Şahin Mustafayev Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin genişlənməsində əhəmiyyətini vurğulayıb və bildirib ki, Azərbaycanda Macarıstan kapitallı 4 şirkət fəaliyyət göstərir: «Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 2,6 dəfə artıb. Azərbaycan və Macarıstan arasında iqtisadi sahədə əməkdaşlığın inkişafında hökumətlərarası komissiyanın fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir».
Hər iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın daha da inkişafı üçün Azərbaycan və Macarıstan arasında siyasi, hüquqi və iqtisadi zəminin mövcud olduğunu qeyd edən Ş.Mustafayev kənd təsərrüfatı, tikinti, enerji, İKT, turizm, səhiyyə və maliyyə sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. Azərbaycanda sənaye parklarının yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran nazir bu sahədə Macarıstan şirkətlərini fəal əməkdaşlığa dəvət edib. Çıxışında həmçinin Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Ş.Mustafayev qeyd edib ki, Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilib, sahibkarlıq fəaliyyəti genişlənib, əlverişli biznes və investisiya mühiti yaradılıb, ölkə investisiya ixracatçısına çevrilib.
Öz növbəsində HİTA-nın sədri Erjebet Doboş Macarıstan iqtisadiyyatına, Azpromo-nun prezidenti vəzifələrinin icraçısı Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanlarına, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru vəzifəsini icra edən Rövşən Nəcəf təmsil etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələrə dair təqdimatlarla çıxış ediblər. Azərbaycan Gənc Sahibkarlar Şəbəkəsinin İdarə Heyətinin sədri Xaliq İldırımzadə isə çıxışında ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı nəticəsində gənclər arasında işgüzar fəallığın artdığını vurğulayıb, təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.
Tədbir çərçivəsində Macarıstanın «Hartong-Malt KFT» şirkəti ilə Azərbaycanın «Prestij-Naxçıvan Pivəsi» şirkəti arasında pivə istehsalı üçün xammal təchizatına dair müqavilə imzalanıb. Biznes-forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
«Bu gün isə Macarıstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın III iclası keçiriləcək», - deyə nazirlikdən bildirilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirəcək, istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olacaq.
Sahibkarlıq
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Xəbər Lenti
Bakıda BMT-nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib
İran və regional dövlətlər Hörmüz boğazını müzakirə edəcəklər
Kəlbəcərdə Bal Festivalı keçirilib - FOTO - VİDEO
Gürcüstanda vətənə xəyanətdə ittiham edilən müxalifət lideri həbs olunub
Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Zakir Fərəcov SDU-nun 3-cü tədris korpusunda aparılan təmir işləri ilə tanış olub
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər - FOTO - VİDEO
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət edib - FOTO
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
Kreml: Moskva ABŞ-ın sülhməramlı səylərinin bəhrə verəcəyinə ümid edir
Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski Mayamidə G20 sammitində Putinlə görüşməyə hazırdır
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq - SABAHIN HAVASI
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub