Bank Of Baku

Bakıda Azərbaycan-Özbəkistan biznes-forumu keçirilib - FOTO

Bakıda Azərbaycan-Özbəkistan biznes-forumu keçirilib - <font color=red>FOTO</font>
# 11 oktyabr 2012 09:01 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev ölkə iqtisadiyyatının inkişafından danışıb və qeyd edib ki, son 8 il ərzində Azərbaycanda ÜDM 3 dəfə, qeyri-neft ÜDM-i 2,2 dəfə, sənaye sahəsi 3 dəfə, büdcə gəlirləri 13 dəfə artıb, valyuta ehtiyatları 45 mlrd. ABŞ dollarına çatıb, yoxsulluğun səviyyəsi 2001-ci ildəki 50%-dən 7%-dək endirilib: «Hazırda ölkənin xarici borcu ÜDM-in 7%-ni təşkil edir və valyuta ehtiyatları xarici dövlət borcunu 10 dəfə üstələyir. Dövlət büdcəsinin kəsiri isə ÜDM-in 1%-nə bərabərdir».

Ş.Mustafayevin sözlərinə görə, 1995-ci ildən etibarən Az-n iqtisadiyyatına 130 mlrd. dollar investisiya yatırılıb və onun 50%-ni xarici investisiyalar təşkil edir: «Makroiqtsadi sabitliyə görə, Azərbaycan dünyada 18-ci yerdədir. Ölkədə istehsal olunan ÜDM-in 83%-i özəl sektorun payına düşür».

İki ölkə arasında əlaqələrin dinamik və uğurla inkişaf etdiyini bildirən nazir onu da qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatıb: «İki ölkə arasında 100-dən artıq sənəd imzalanıb ki, bu da əlaqələrin bir qədər də inkişafına təkan verir. Azərbaycan və Özbəkistan arasında ötən il ticarət dövriyyəsi 2010-cu ilə nisbətən 2 dəfədən çox artıb. Lakin ticarət dövriyyəsini bir qədər də artırmaq üçün hər iki ölkənin böyük potensialı var».

Tədbirdə çıxış edən Özbəkistanın baş nazirinin müavini Uluqbek Rozukulov iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu, bu istiqamətdə keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. U.Rozukulov hər iki ölkənin böyük iqtisadi potensiala malik olduğunu və mövcud imkanlardan səmərəli istifadənin, eləcə də iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını qeyd edib: «Özbəkistan Azərbaycanla gələcəkdə də əməkdaşlıq etməkdə və bu əlaqələri daha da dərinləşdirməkdə maraqlıdır».

Tədbirdə Azpromo-nun rəhbəri vəzifəsini icra edən Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanlarına, Özbəkistan Xarici İqtisadi Əlaqələr, İnvestisiyalar və Ticarət Nazirliyinin İdarə rəisi Mahmud Hacımetov isə iki ölkə arasındakı əməkdaşlıq imkanlarına dair təqdimatlarla çıxış ediblər. Biznes-forum çərçivəsində iki ölkənin iş adamları arasında ikitərəfli görüşlər də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR