MUSİAD prezidenti: “İş adamına sabitlik, azadlıq və hüquq lazımdır” - MÜSAHİBƏ
- Nail bəy, bu gün keçirilən tədbir İslam ölkələri arasında əlaqələrin güclənməsində ciddi rol oynayacaqmı?
- Budəfəki tədbirin əsas devizi “Öz biznesini İslam Dünyası ilə birləşdir” olsa da, tədbirdə təkcə İslam ölkələrindən yox, digər ölkələrdən də nümayəndələr qatılıb. Belə ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sayı 57 olsa da, tədbirə 86 ölkə qatılıb. Məsələn, Litva və Çexiya kimi İslam ölkəsi olmayan ölkələr var. Buna görə də biz bu tədbirə təkcə biznes yox, həm də mədəniyyətlərin qovuşması kimi baxırıq.
- Sizcə, indi İslam ölkələrinin bir-biri ilə iqtisadi əlaqələri kifayət qədərdimi?
- Fikrimcə, İslam ölkələri arasında ticarətin həcmi dəfələrlə arta bilər. Həm Türkiyə rəhbərliyi, həm də MUSİAD rəhbərliyi bildirib ki, İslam ölkələri arasında ticarət potensialı indi olduğundan dəfələrlə böyükdür. Hazırda İslam ölkələrinin öz aralarındakı ticarətin həcmi ümumi xarici ticarətin cəmi 17%-ni təşkil edir, halbuki bu rəqəm 70% olmalıdır. Məsələn, Avropa Birliyi ölkələrinin xarici ticarətində Avropa daxili əməliyyatların həcmi 60% təşkil edir. Eyni şəkildə İslam ölkələri də bu rəqəmlərə nail ola bilər.
- Bu məqsədə necə nal olmaq mümkündür?
- Bu məqsədə çatmaq üçün daha çox çalışmalı, belə tədbirləri artırmaq lazımdır. 86 ölkədən 5 min iş adamının bir yerə yığılması sahibkarlar üçün gözəl imkandır ki, onlar əməkdaşlığı müzakirə etsinlər. Hazırda müsəlman ölkələri arasında iqtisadi əməkdaşlığı koordinasiya etmək üçün beynəlxalq təşkilat var - İslam Əməkdaşlıq Təşkilatı. Amma onun daha geniş fəaliyyət göstərməsini arzulayırıq.
- MUSİAD təşkilatının Azərbaycanla əlaqələrini necə qiymətləndirirsiniz?
- Azərbaycanla əlaqələri artırmaq üçün daha çox qarşılıqlı səfərlər olmalıdır. Məsələn bu tədbirə bütün dünyadan olduğu kimi, Azərbaycandan da təşkilat və şirkətlər qatılıblar. Fikrimcə, əməkdaşlığı daha da gücləndirmək üçün bundan sonrakı addım MUSİAD-dakı sahəvi bölmələrlə Azərbaycanda həmin sahənin şirkətlərini bir araya gətirməkdir. Biz MUSİAD olaraq Azərbaycan Sahibkarlar Konfederasiyası ilə geniş əməkdaşlıq edirik. Bundan başqa, MUSİAD-ın Azərbaycanda təmsilçiliyi də var. Azərbaycanla əməkdaşlığı gücləndirməyi düşünürük.
- Son bir ildə müsəlman ölkələrində böyük dəyişikliklər başlanıb. Demokratik sahədə baş verən dəyişikliklər bu ölkələrdə biznesin inkişafına necə təsir edib?
- İş adamının iş görməsi üçün nə lazımdır – sabitlik, azadlıq və hüquq. Bunlar isə demokratiyanın əsasıdır. Yəni hansısa ölkədə bunlar varsa, iş daha yaxşı gedəcək. Əgər hansısa ölkədə bu sahələrdə problem varsa, onda bu ölkələrin biznes aləmi də yaxşı inkişaf etməyəcək və qapalı bir sahəyə çevriləcək. Bu mənada demokratiyanın gəldiyi ölkələrdə ciddi dəyişikliklər baş verir.
- Siz bunu nəyə əsasən deyirsiniz? Məsələn, ötən ilki tədbirlərdə müqayisədə, Misir və ya Tunisdən gələnlərin sayı artıbmı?
- Əlbəttə, ötən ilki sərgimizə 3400 iş adamı qatılmışdı, bu il isə onların sayı 5000-ə qalxıb, yəni 50% artıb. Bu, biznesin inkişafını göstərən ən yaxşı sübutdur.
Sahibkarlıq
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Xəbər Lenti
Bakıda BMT-nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib
İran və regional dövlətlər Hörmüz boğazını müzakirə edəcəklər
Kəlbəcərdə Bal Festivalı keçirilib - FOTO - VİDEO
Gürcüstanda vətənə xəyanətdə ittiham edilən müxalifət lideri həbs olunub
Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Zakir Fərəcov SDU-nun 3-cü tədris korpusunda aparılan təmir işləri ilə tanış olub
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər - FOTO - VİDEO
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət edib - FOTO
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
Kreml: Moskva ABŞ-ın sülhməramlı səylərinin bəhrə verəcəyinə ümid edir
Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski Mayamidə G20 sammitində Putinlə görüşməyə hazırdır
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq - SABAHIN HAVASI
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub