Bank Of Baku

İstanbulda «Türkiyə-Dünya Ticarət Körpüsü 2012» tədbiri keçiriləcək

İstanbulda «Türkiyə-Dünya Ticarət Körpüsü 2012» tədbiri keçiriləcək
# 12 oktyabr 2012 14:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Noyabrın 26-30-da Türkiyə iş Adamları və Sənayeçilər Konfederasiyasının (TUSKON) təşkilatçılığı ilə İstanbulda «Türkiyə-Dünya Ticarət Körpüsü 2012» tədbiri keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, İstanbul Sərgi Mərkəzində keçiriləcək tədbirdə əhatə ediləcək hazır geyim, toxuculuq, dəri, evdə istifadə olunan tekstil malları və əlaqədar dəzgah sektorları ilə bağlı Afrika, Asiya-Sakit Okean, Avrasiya, Yaxın Şərq, Şimali və Latın Amerikasından 800 idxalatçı şirkətin iştirak edəcəyi gözlənilir. Avropa və Balkanlardan da firmaların iştirakı nəzərdə tutulub. Türkiyədən isə 1 000 ixracatçı şirkətin tədbirdə iştirak edəcəyi gözlənilir. Sözügedən tədbirə Azərbaycanın iş adamları da dəvət olunur.

Qeyd edək ki, TUSKON tərəfindən bu ilin iyun ayında keçirilən analoji tədbirdə 130 ölkədən 1 470 iş adamı, o cümlədən Türkiyədən 200-nün stendi olduğu 1 200 şirkət iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR