Bank Of Baku

Kürdəmirdə «Öz biznes ideyanı yarat!» və «Biznes planların və investisiya layihələrinin hazırlanması» mövzularında tədbir keçirilib

Kürdəmirdə «Öz biznes ideyanı yarat!» və «Biznes planların və investisiya layihələrinin hazırlanması» mövzularında tədbir keçirilib
# 12 oktyabr 2012 15:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin (BBTM) təşkilatçılığı ilə Kürdəmir rayonunda «Öz biznes ideyanı yarat və öz biznesinə başla» və «Biznes planların və investisiya layihələrinin hazırlanması» mövzularında tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, treninqlərdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib, «Biznes planların və investisiya layihələrinin hazırlanması» mövzusunda təqdimat keçirilib.

Tədbirdə həmçinin, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər və onlardan istifadə qaydaları və s. barədə məlumat da iştirakçıların diqqətinə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR