Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Qusar sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Qusar sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 16 oktyabr 2012 08:12 (UTC +04:00)
Bakı – APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qusar rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, Fond tərəfindən Qusar rayonu üzrə sahibkarlıq subyektlərindən müasir heyvandarlıq kompleksinin yaradılması, üzümçülük, bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması, müasir süd emalı müəssisəsinin yaradılması və müasir texnologiyalara əsaslanan çörək zavodunun yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR