Bank Of Baku

® “Metro Park” ticarət və əyləncə mərkəzində yeni “Game Center” əyləncə və istirahət mərkəzi fəaliyyətə başlayıb - FOTOSESSİYA

<font color=red>® </font>“Metro Park” ticarət və əyləncə mərkəzində yeni “Game Center” əyləncə və istirahət mərkəzi fəaliyyətə başlayıb - <font color=red>FOTOSESSİYA</font>
# 16 oktyabr 2012 09:00 (UTC +04:00)
APA-nın məlumatına görə, mərkəzdə müştərilər “?D Dark Ride”, “Lazer Battle”, “Move”, “Archery”, “Formula 1” kimi dünya gamezone aləminin ən məşhur oyunlarını oynaya biləcək, şəhərimizin ən zövqlə hazırlanmış Bowling zalından həzz alacaqlar.

Açılış mərasimində çıxış edən əyləncə mərkəzinin və restoranın rəhbəri Rüfət Aslanov bildirib ki, bütün bu xidmətlərdən əlavə, mərkəz müştəriləri dünya və milli mətbəxin ən ləziz təamlarına qonaq edəcək: “Qeyri-adi dizayna malik “O’ra Lounge” restoranı və sirri bilinməyən əsl italyan qəhvəsi ilə sizi tanış edəcək “Segafredo Zanetti Espresso” kafesi də xidmət göstərir. İstifadənizə verdiyimiz bu mərkəzin müştərilərimizin ürəyincə olması üçün əlimizdən gələni etmişik və edəcəyik. Bu mərkəzin insanların daimi görüş və əyləncə yerinə çevrilməsini arzulayırıq. “Game Center” - bizim işimiz sizin əyləncənizdir!”

“MARTI” şirkətinin direktoru Arzu Kutluozen, “Metro Park” ticarət və əyləncə mərkəzinin ictimai əlaqələr üzrə meneceri Anar Zeynalovdur. Çıxışlardan sonra mərkəzin səlahiyyətli şəxsləri və qonaqların iştirakı ilə qırmızı lent kəsilib.

Açılış mərasimində Azərbaycanın tanınmış mədəniyyət və incəsənət, rəsmi nümayəndələr iştirak ediblər. Qonaqlar arasında xalq artisti Faiq Ağayev, müğənnilər Cavanşir Məmmədov və Nadir Qafarzadə də olub. Sənətçilər öz mahnı töhfələri ilə mərasimə xüsusi rəng qatıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR