Bank Of Baku

Bakıda Azərbaycan-Bosniya-Herseqovina biznes forumu keçirilir - FOTOSESSİYA

Bakıda Azərbaycan-Bosniya-Herseqovina biznes forumu keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 18 oktyabr 2012 12:32 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov qeyd edib ki, iki ölkə arasında diplomatik əlaqələr 1995-ci ildən mövcuddur və həmin ildən ölkələr arasında ticarət və iqtisadi əlaqələr inkişaf etdirilir.

Ticarət dövriyyəsinin hər iki ölkəni qane etmədiyini bildirən R.Məmmədov onu da qeyd edib ki, ilk dəfə keçirilən biznes forum əlaqələrin və ticarət dövriyyəsinin inkişaf etdirilməsinə təkan verəcək.

Tədbirdə çıxış edən Bosniya və Herseqovina Xarici Ticarət Palatasının vitse-prezidenti Veselin Poljaseviç ölkəsinin iqtisadiyyatı və investisiya mühiti barədə məlumat verib və iki ölkə arasında əlaqələri inkişaf etdirmək üçün potensial sahələrdə əməkdaşlıqdan danışıb.

Tədbirdə inşaat, rabitə texnologiyaları, neft, qaz və kimya məhsullarının istehsalı, ətraf mühitin mühafizəsi, su qurğularının inşası, tikinti materialları və beton istehsalı, metallurgiya, təhlükəsizlik və yanğınsöndürmə xidmətləri və digər sektorları təmsil edən hər iki ölkədən 70-ə yaxın iş adamı iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR