Bank Of Baku

İstehlak bazarında 450 kq yararsız ərzaq məhsulları aşkar edilib

İstehlak bazarında 450 kq yararsız ərzaq məhsulları aşkar edilib
# 18 oktyabr 2012 16:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakıda və regionda fəaliyyət göstərən mağazalarda monitorinqlər aparılıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı Bakının Binəqədi, Xəzər, Yasamal, Abşeron, həmçinin Astara, Minğəçevir, Gəncə və Göygöldə fəaliyyət göstərən mağazalarda saxlama müddəti ötmüş yarasız ərzaq məhsulları aşkarlanıb.

Ümumilikdə monitorinqlər zamanı 450 kq-a yaxın ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR