Bank Of Baku

Azərbaycanda rüsumsuz ticarət mağazası üçün müraciətlər elektron qaydada qəbul ediləcək

Azərbaycanda rüsumsuz ticarət mağazası üçün müraciətlər elektron qaydada qəbul ediləcək
# 22 oktyabr 2012 09:49 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi məqsədilə ilkin məlumatlandırma müraciətlərinin elektron formada qəbuluna başlayıb. «APA-Economics»in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli qərarı ilə təsdiqlənmiş mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə göstərilən elektron xidmət növlərinin siyahısında nəzərdə tutulub.

Qeyd edək ki, adı çəkilən qərarla «Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları»nın və «Elektron xidmət növlərinin Siyahısı»nın təsdiq edilməsi haqqında» Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli qərarında dəyişikliklər edilib.

Siyahıya əsasən, Dövlət Gömrük Komitəsi dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün ilkin məlumatlandırma üzrə müraciətin və sənədlərin qəbulunu elektron şəkildə həyata keçirəcək.

Bundan başqa, Komitədən malların nomenklaturası və mal və nəqliyyat vasitələrinə tətbiq olunan müvafiq gömrük ödənişləri barədə məlumatları elektron formada almaq mümkün olacaq.

Gömrük Komitəsi rüsumsuz ticarət mağazasının təsis edilməsi, gömrük brokeri və gömrük ərazisindən kənarda malların emalı fəaliyyətinə, gömrük anbarlarının, müvəqqəti saxlanc anbarlarının, sərbəst anbarların təsis edilməsinə dair icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulunu da elektron formada həyata keçirəcək.

Nəhayət, elektron xidmətlər vasitəsilə vətəndaşlar Dövlət Gömrük Komitəsinə etdikləri sorğu və göndərdikləri məktubların icrasını onlayn izləyə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR