Bank Of Baku

Dövlət Komitəsi: Azərbaycanda çörək istehsalında problemlər mövcuddur

Dövlət Komitəsi: Azərbaycanda çörək istehsalında problemlər mövcuddur
# 23 oktyabr 2012 09:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda çörək istehsalı sahəsində müəyyən problemlər mövcuddur. «APA-Economics»in məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bu gün sahibkarlarla keçirdiyi görüşdə bildirib.

R.Həsənovun sözlərinə görə, dövlət tərəfindən bu sektorun inkişafına müəyyən vəsaitlərin ayrılmasına baxmayaraq, hələ də problemlər mövcuddur. Cari ilin 4 ayında Komitə yanında Dövlət Nəzarəti Xidməti tərəfindən 114 çörək sexində yoxlama aparılıb və bunun 84-də ciddi nöqsanlar aşkarlanıb. Bu müddətdə 58 müəssisədə çörəyin istehsalına və satışına qadağa qoyulub, qalanlarına nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilib.

Komitə sədri deyib ki, son illər hökumət tərəfindən çörək istehsalı müəssisələrinin işinin təkmilləşdirilməsi, yeni müəssisələrin yaradılması istiqamətində kompleks tədbirlər görülüb. Təkcə bu il dövlətin güzəştli kreditləri hesabına Azərbaycanda illik istehsal gücü 160 min ton olan 14 çörək istehsalı müəssisəsinin inşasının maliyyələşdirilməsinə 14 mln. manat ayrılıb. O cümlədən, Bakıətrafı kənd və qəsəbələr üzrə illik istehsal gücü 123,5 min ton olan 8 çörək istehsalı müəssisəsinin maliyyələşdirilməsinə 6 mln. manat güzəştli kreditlər verilib.
R.Həsənov sahibkarlara standartlara uyğun çörək istehsal etməyin vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR