Bank Of Baku

Azərbaycanda 42 min zərgərlik məmulatı üzərində saxta əyar tapılıb

Azərbaycanda 42 min zərgərlik məmulatı üzərində saxta əyar tapılıb
# 25 oktyabr 2012 09:07 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Dövlət Xidmətindən bildirilib.

Aparılan yoxlamalar zamanı sahibkarlıq subyektlərindən ekspertiza, analiz, əyarlanma və damğalanma məqsədilə 41 918 ədəd məmulat Xidmətə gətirilib. Onların üzərində mənşəyi məlum olmayan ad və əyar damğa izləri aşkar edilib, bu izlər təmizlənib və məmulat müvafiq əyarlara uyğun dövlət əyar damğası ilə damğalanıb. Həmin zərgərlik məmulatlarının ekspertiza, analiz, əyarlanma və damğalanma proseduralarının keçirilməsinə görə 382 154 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib.

Yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilmiş 81 şəxs barəsində inzibati xəta protokolu tərtib edilib. Ümumilikdə, 2012-ci ilin 9 ayı ərzində 54 min manat məbləğində inzibati cərimənin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR