Bank Of Baku

Azərbaycan və Rusiya yeni birgə müəssisələr yaradacaq

Azərbaycan və Rusiya yeni birgə müəssisələr yaradacaq
# 29 oktyabr 2012 14:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın Qaraçay-Çərkəz Muxtar Respublikası və Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində birgə müəssisələr yaradacaq. «APA-Economics»in məlumatına görə, bu barədə Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Təmrəzov bildirib.

Onun sözlərinə, müştərək müəssisələrin hidroenergetika və kənd təsərrüfatı sahələrində yaradılması planlaşdırılır və buna hər iki tərəfin böyük potensialı və marağı var.

R.Təhməzov onu da bildirib ki, yaxın zamanlarda Azərbaycan tərəfi Qaraçay-Çərkəz Respublikası ərazisində tikinti materialları istehsalı zavodunun inşasına başlayacaq. Artıq zavodun tikintisi üçün müvafiq yer ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR