Bank Of Baku

Bakı Humanitar Kollecində istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı seminar keçirilib

Bakı Humanitar Kollecində istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı seminar keçirilib
# 30 oktyabr 2012 13:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı Humanitar Kollecində «İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir» mövzusunda seminar keçirilib. Tədbirdə təhsil müəssisəsinin 250-yə yaxın müəllim və tələbəsi iştirak edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, seminarda çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının müdafiəsi sahəsində mövcud qanunvericilik və bu sahədə görülən işlər barədə məlumat verib.

A.Əliyev istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində Dövlət Xidməti tərəfindən görülən işlər barədə məlumat verilib, istehlakçıların maarifləndirilməsinin əhəmiyyəti vurğulayıb və bildirib ki, Dövlət Xidməti tərəfindən 2012-ci ilin ötən dövrü ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 15 adda 150 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 19 min yaddaş kitabçası hazırlanaraq paylanmış, televiziya kanallarında sosial reklam çarxları yayımlanıb.

Sonra Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov «Hər bir istehlakçı öz hüquqlarını bilməlidir» mövzusunda məruzə ilə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR