Bank Of Baku

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçiriləcək
# 31 oktyabr 2012 12:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bolqarıstanın regionların inkişafı və ictimai işlər naziri xanım Liliyana Pavlovanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçiriləcək. Sözügedən tədbir noyabrın 5-də təşkil olunacaq.

Tədbirdə infrastruktur, mühəndislik, elektroenergetika, neft-qaz və digər növ komplekslərin, həmçinin müxtəlif növ obyektlərin tikinti və layihələndirilməsi sahəsində fəaliyyət göstərən Bolqarıstan iş adamları iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR