Bank Of Baku

Şəkidə gənclər üçün treninqlər keçirilib

Şəkidə gənclər üçün treninqlər keçirilib
# 31 oktyabr 2012 15:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəkidə gənclər üçün treninqlər təşkil edilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, «Öz biznes ideyanı yarat və öz biznesinə başla» mövzusunda keçirilən treninqlərdə Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin, 19 saylı texniki peşə məktəbinin əməkdaşları, eləcə də texniki peşə məktəbində təhsil alan 25-dən çox gənc iştirak edib.

Treninqlərdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib.

Tədbirdə həmçinin İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, elektron portallar və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR