Bank Of Baku

Gəncədə gənclər üçün biznes treninqlər keçirilib

Gəncədə gənclər üçün biznes treninqlər keçirilib
# 02 noyabr 2012 13:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Gəncədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə gənclər üçün treninqlər təşkil edilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, «Öz biznes ideyanı yarat və öz biznesinə başla» mövzusunda keçirilən treninqlərdə Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin, 3 saylı peşə liseyinin əməkdaşları və bu texniki peşə məktəbində təhsil alan gənclər iştirak edib.

Treninqlərdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib.

Tədbirdə həmçinin İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, elektron portallar və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR