Bank Of Baku

Antalyada «Growtech Eurasia 2012» beynəlxalq sərgisi keçiriləcək

Antalyada «Growtech Eurasia 2012» beynəlxalq sərgisi keçiriləcək
# 03 noyabr 2012 13:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dekabrın 3-6-da Antalyada (Türkiyə) «Growtech Eurasia 2012» Beynəlxalq Bağçılıq, Çiçəkçilik, Kənd Təsərrüfatı və Floristika Texnologiyaları Sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, sərgidə istixana, bağçılıq, gülçülük, meyvəçilik, toxumçuluq, bostançılıq, tərəvəzçilik, heyvandarlıq, arıçılıq, quşçuluq, kənd təsərrüfatı texnikası üzrə nəzərdə tutulan texnologiya və avadanlıq, həmçinin isitmə və havalandırma avadanlıqları nümayiş olunacaq.

Azərbaycanlı iş adamları sözügedən tədbirdə iştirak edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR