Göyçayda Nar Bayramı keçirilir
Tədbirin açılış mərasimində Göyçay rayonu İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek, Milli Məclisin aqrar məsələlər komitəsinin sədri Eldar İbrahimov, elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev çıxış ediblər. Bildirilib ki, 2006-cı ilin noyabrından başlayaraq ənənəvi olaraq 7-ci dəfə keçirilən Nar Bayramı rayonda narçılığın inkişafına, məhsul istehsalının artımına və onun satış şəbəkəsinin genişlənməsinə səbəb olub. Bir çox rayonlarda məhsul bayramlarının, o cümlədən Göyçayda ənənəvi olaraq hər il nar bayramının keçirilməsində əsas məqsəd regionların təbliği, mədəni, sosial-iqtisadi potensialın nümayişi və turizmin inkişaf etdirilməsidir.
Mərasimdə qeyd olunub ki, nar bir meyvə olmaqla yanaşı həm də, cəmiyyədə böyük mədəni hadisəyə çevrilib. Müxtəlif ölkələrdə meyvə-tərəvəz məhsulları ilə bağlı festivalların keçirildiyini qeyd edən natiqlər Azərbaycanda narın şəninə beynəlxalq səviyyədə tədbirin keçirilməsini tədqirəlayiq hesab ediblər. Vurğulanıb ki, erməni millətçiləri nar meyvəsindən təbliğat kimi istifadə edərək ölkələrini bu yolla tanıtmağa çalışırlar. Ermənilərin bu yalanına haqlı cavab olaraq builki Nar Bayramının daha çox xarici qonağın iştirakı ilə keçirilməsi mümkün olub və orada təşkil edilən nar və nar məhsullarının sərgisi vasitəsilə dünyanın ən dadlı nar sortlarının məhz Göyçayda yetişdiyi sübut edilib. Məlumat verilib ki, hazırda rayonda 67 sort nar yetişdirilir. Narın şirəsindən və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunduğu bildirilib. Son 5 ildə Göyçayda nar bağlarının ümumi sahəsi 3 dəfə artırılaraq 3 420 hektara çatdırılıb.
Çıxışlardan sonra festivalda nara həsr olunan şeir və mahnılar səsləndirilib. Qonaqlar nar sərgisində rayonun 32 kəndində narçılıqla məşğul olanların yetişdirdiyi müxtəlif sort nardan hazırlanan məhsulların dadına baxıb, yerli müəssisələrdə istehsal edilən şirələrin keyfiyyəti ilə maraqlanıblar. İdmançıların, sehrbaz və kəndirbazların, mahnı-rəqs qruplarının çıxışları olub, müxtəlif mədəni-əyləncəli proqramlar təşkil olunub. Tədbir iştirakçılarına bayram münasibətilə hazırlanan milli xörəklər, şirniyyatlar da təqdim olunub. Tədbirdə ilk dəfə olaraq İtaliyanın milli yeməyi sayılan pizza müsabiqəsi keçirilib. Bakının tanınmış mütəxəssisləri tərəfindən xüsusi hazırlanan nar reseptindən pizzalar qonaqlara təqdim olunub. İtaliyanın «Patisseri» şirniyyat şəbəkəsinin sahibi Cianni de Karlonun xüsusi olaraq nar bayramı üçün hazırladığı nar şirəsi qatılmış piroq və tortlar da hamının marağına səbəb olub.
Sonra folklor qruplarının çıxışları olub, məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbirdə qonaqlar əl ilə yüksək ustalıqla hazırlanmış nar şirəsinin, nar şərabının, nardançanın, gilələnmiş narın dadına baxıblar. Nar məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin məhsullarından ibarət yarmarka, müxtəlif sort nardan hazırlanan məhsulların sərgisi, eləcə də nar ilə bağlı müsabiqələr, oyunlar təşkil edilib.
Bayram tədbiri axşam saatlarında Azərbaycan və Türkiyənin tanınmış incəsənət ustalarının iştirak etdiyi konsert proqramı ilə davam edəcək. Konsert atəşfəşanlıqla başa çatacaq.
Sahibkarlıq
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Xəbər Lenti
Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib
Qarabağ və Şərqi Zəngəzura səfər edən media nümayəndələri: Diplomatların gözü ilə bu torpaqları müşahidə etmək fərqli təcrübə idi
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb
Qubada iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Azərbaycan, Braziliya, Türkiyə və Avstraliya “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb
İran və regional dövlətlər Hörmüz boğazını müzakirə edəcəklər
Kəlbəcərdə Bal Festivalı keçirilib - FOTO - VİDEO
Gürcüstanda vətənə xəyanətdə ittiham edilən müxalifət lideri həbs olunub
Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Zakir Fərəcov SDU-nun 3-cü tədris korpusunda aparılan təmir işləri ilə tanış olub
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər - FOTO - VİDEO
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət edib - FOTO
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
Kreml: Moskva ABŞ-ın sülhməramlı səylərinin bəhrə verəcəyinə ümid edir
Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski Mayamidə G20 sammitində Putinlə görüşməyə hazırdır
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq - SABAHIN HAVASI
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib