Bank Of Baku

Bolqarıstan Azərbaycan şirkətlərini əməkdaşlığa dəvət edir

Bolqarıstan Azərbaycan şirkətlərini əməkdaşlığa dəvət edir
# 05 noyabr 2012 09:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bolqarıstan Azərbaycan ilə iqtisadiyyatın bir çox sahəsində əməkdaşlıq etməkdə maraqlıdır.

«APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Bolqarıstanın regionların inkişafı və ictimai işlər naziri xanım Liliyana Pavlova bildirib: «İkitərəfli əməkdaşlıq turizm, tikinti, o cümlədən avtomobil yolları, dəmir yollarının inşası, həmçinin energetika, qazlaşma və s. sahələrdə ola bilər».

Nazir həmçinin Azərbaycan şirkətləri və iş adamlarını Bolqarıstana investisiya yatırmağa dəvət edib.

Qeyd edək ki, bu gün Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumu çərçivəsində iki ölkənin tikinti şirkətləri arasında iki üçtərəfli anlaşma memorandumu imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR