Bank Of Baku

Dünya zənginlərinin yeni reytinqi açıqlanıb

Dünya zənginlərinin yeni reytinqi açıqlanıb
# 06 noyabr 2012 07:12 (UTC +04:00)
Bakı – APA-Economics. “Bloomberg” qrupuna aid “Bloomberg Markets” jurnalı dünyanın ən zəngin adamlarının yeni reytinqini açıqlayıb.

APA-Economics”in xəbərinə görə, “Forbes”in reytinqində olduğu kimi, “Bloomberg”in siyahısına da meksikalı maqnat Karlos Slim Helu başçılıq edir - 77,5 mlrd. dollar.

İkinci yerdə “Microsoft”un sahibi Bill Geyts (64,4 mlrd. dollar), üçüncü yerdə ispaniyalı Amankio Ortequ (53,6 mlrd. dollar) qərarlaşıb.

İlk beşliyi ötən il üçüncü yeri tutan amerikalı investor Uorren Baffet (48,4 mlrd. dollar) və İsveçin IKEA mebel şəbəkəsinin banisi İnqvar Kamprad (41,8 mlrd. dollar) tamamlayır.

Bundan başqa, ilk onluğa amerikalı Çarlz Kox (38,6 mlrd. dollar), onun qardaşı Devid Kox (38,6 mlrd. dollar), “Oracle” korporasiyasının qurucusu Larri EGllison (37,2 mlrd. dollar), “Wal-Mart”ın varisi Kristi Rut Uolton (30,5 mlrd. dollar) və “Wal-Mart”ın banisinin kiçik oğlu Cim Uolton (29,3 mlrd. dollar) daxil olub.

Qeyd edək ki, 200 nəfərlik siyahının 10%-ni rusiyalı milyarderlər təşkil edir. Onlara 18 mlrd. dollarlıq sərvəti ilə özbək əsilli iş adamı, İngiltərənin “Arsenal” futbol klubunun sahiblərindən biri, nüfuzlu “Kommersant” qəzeti və “Metalloinvest”in sahibi Əlişir Usmanov başçılıq edir.

Rusiyanın ikinci zəngini 16,9 mlrd. dollar sərvətlə Leonid Mixelson olub. 57 yaşlı rus iş adamı dünya zənginlərinin sıralamasında 42-ci yeri tutub. Ondan sonrakı yeri 16,8 mlrd. dollar sərvətə malik Viktor Vekselberq tutur. “Renova Qrup”un sahibi dünya zənginlərinin siyahısında 43-cü yerdə qərarlaşıb.

Ötən il 24 mlrd. dollarlıq sərvəti ilə Rusiyanın ən zəngin iş adamı olan Vladimir Lisin son iki il ərzində 8 mlrd. dollar itki verib. 16,7 mlrd. dollar sərvəti ilə Rusiyanın 4-cüsü olan V.Lisin dünya zənginlərinin siyahısında 44-cü yeri tutub.

“Severstal” polad şirkətinin sahibi Aleksey Mordaşov 15 mlrd. dollarlıq göstərici ilə Rusiyanın 5-cisi, dünyanın 48-cisi olub. “Çelsi” futbol klubunun sahibi Roman Abramoviç isə 14,7 mlrd. dollar sərvəti ilə dünyanın 51-ci zəngini olub.

Dünya zənginlərinin siyahısına Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamı Vahid Ələkbərov da daxil olub. “LUKoil”un prezidenti 12,4 mlrd. dollarlıq sərvəti ilə dünya zənginlərinin siyahısında 72-ci, Rusiya milyarderlərinin siyahısında isə 10-cu yerdə qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR