Bank Of Baku

Bakıda beynəlxalq marketinq üzrə təlim keçirilir

Bakıda beynəlxalq marketinq üzrə təlim keçirilir
# 07 noyabr 2012 07:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində «Beynəlxalq Marketinq» və «Incoterms» üzrə təlimlərə başlanılıb.

Azpromo-dan «APA-Economics»ə verilən məlumata görə, çoxsaylı müraciətlər nəzərə alınaraq təlim «İxrac prosesində bazar araşdırmalarının əhəmiyyəti», «Bazar araşdırmalarının əsasları», «Hədəf bazarların müəyyən edilməsi» və «Incoterms» beynəlxalq daşıma şərtləri və ixrac üzrə bank ödənişləri» modulları əhatə edir.

İki gün davam edəcək təlim Böyük Britaniyadan dəvət edilmiş marketinq üzrə beynəlxalq ekspert xanım Kristin Yanq (Christine Young) və Bank Təlim Mərkəzinin mütəxəssisi İlkin Qarayev tərəfindən aparılır. Təlim pulsuzdur və sonda iştirakçılara sertifikat təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR