Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Nizami rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Nizami rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb
# 07 noyabr 2012 11:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Nizami rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dən «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Nizami rayonu üzrə sahibkarlıq subyektlərindən müasir çörək zavodunun, kiçik və orta həcmli tikişçilik, toxuculuq müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.
Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər.
Əlaqə telefonu: (+994 12) 434-74-29.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR