Bank Of Baku

Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə 24 minə yaxın müraciət daxil olub

Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə  24 minə yaxın müraciət daxil olub
# 08 noyabr 2012 07:04 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Oktyabr ayı ərzində Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə 23 974 müraciət daxil olub. Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, avtomatik rejimdə fəaliyyət zamanı edilən müraciətlərin sayı 11 722, canlı əlaqə zamanı cavablandırılan müraciətlərin sayı isə 12 252 ədəd təşkil edib.

Hesabat dövründə canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən 11 803 sual cavablandırılıb. Bu suallar əsasən elektron xidmətlər (26,1%), qeydiyyat (12,3%), vergi növləri (11,7%), hesabatlar və onların doldurulma qaydaları (10,4%), büdcə, vergi ödəyiciləri və vergi orqanlarının rekvizitləri (7,8%) barədə olub. Oktyabr ayında Telefon Məlumat Xidməti tərəfindən 42 535 halda vergi ödəyiciləri SMS vasitəsilə məlumatlandırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 % çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR