Dubayın biznes missiyası Azərbaycana gələcək
08 noyabr 2012 07:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dubay Ticarət-Sənaye Palatasının (BƏƏ) üzvü olan 20 iri şirkətinin nümayəndələrindən ibarət olan missiya noyabrın 13-16-da Azərbaycana səfər edəcək. «APA-Economics»in məlumatına görə, Dubay şirkətləri Azərbaycanda kənd təsərrüfatı, qida emalı, nəqliyyat və logistika, maliyyə xidmətləri, kommunikasiya, tikinti, infrastruktur və turizm kimi sahələrdə yerli şirkətlərlə əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.
Azərbaycanın BƏƏ-dəki səfiri Elxan Qəhrəmanovun sözlərinə görə, Azərbaycan Dubayda bir neçə investisiya layihəsi həyata keçirib və bu, 60 mln. dollar dəyərində olan neft anbarı və 200 mln. dollarlıq tikiş fabrikidir.
Azərbaycana səfəri zamanı hökumət nümayəndələri ilə görüşlər və Azərbaycan-Dubay biznes forumunun keçirilməsi nəzərdə tutulur. Həmçinin, Dubay Palatasının nümayəndə heyəti Azərbaycandakı sahibkarlarla birbaşa işgüzar görüşlər də keçirəcək.

Sahibkarlıq
Kazan Forumunda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığına dair dəyirmi masa keçirilib
18:24
17 may 2024
Mahayət Nəbiyev: “Kristal Abşeron" tikintidə enerji qənaəti üçün innovativ texnologiyalarda istifadə edir
17:35
17 may 2024
Bu il Qarabağ və Şərqi Zəngəzura 1,2 mlrd. manat investisiya yatırılıb
12:28
17 may 2024
Nazir müavini: Enerji keçidində maliyyələşdirmə ilə bağlı bütün maraqlı tərəflərlə işləməyə hazırıq
11:23
17 may 2024