Bank Of Baku

Şəkidə sahibkarlar üçün treninq keçirilib

Şəkidə sahibkarlar üçün treninq keçirilib
# 08 noyabr 2012 15:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Şəkidə İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün «İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər» mövzusunda treninq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, treninqdə Şəki şəhərində fəaliyyət göstərən 20-dən çox sahibkar iştirak edib.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, elektron portallar və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və digər məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Treninqdə iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR