Bu ilin iyunun 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 206,7 min nəfər olub ki, onlardan 4 901,3 min nəfəri məşğul əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1%, məşğul əhalinin sayı isə 0,05% artıb.
Cari il mayın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 676,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 926,6 min nəfər, qeyri-dövlət sektorunda isə 749,5 min nəfər təşkil edib.