Paşha Bank
Bank Of Baku

Akkreditasiya Mərkəzi: Ən çox rast gəlinən uyğunsuzluqlar kadr və avadanlıq çatışmazlığıdır

Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) keyfiyyət üzrə meneceri Ləman Salmanova

© APA | Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) keyfiyyət üzrə meneceri Ləman Salmanova

# 13 noyabr 2026 12:15 (UTC +04:00)

Bəzi qurumlar akkreditasiya üçün müraciət edərkən müvafiq işçi heyətinin və avadanlıqlarının olduğunu bəyan etsələr də, yerində qiymətləndirmə zamanı bunun həqiqətə uyğun olmadığı üzə çıxır.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) keyfiyyət üzrə meneceri Ləman Salmanova “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya, onun ictimai əhəmiyyəti və keyfiyyətin təmin olunmasında rolu” mövzusunda keçirilən media təlimində bildirib.

Onun sözlərinə görə, akkreditasiya zamanı ən çox rast gəlinən uyğunsuzluqlardan biri kadr və avadanlıq çatışmazlığıdır.

“Qurum bizə müəyyən fəaliyyət sahəsi üzrə müraciət edir. Lakin yerində qiymətləndirmə zamanı məlum olur ki, ya müvafiq işçisi, ya da lazımi cihaz və avadanlığı yoxdur. Biz bunu uyğunsuzluq kimi qeydə alırıq”, – deyə o bildirib.

Ləman Salmanova qeyd edib ki, bəzi təşkilatlar beynəlxalq standartların tələb etdiyi sənədləri başqa qurumlardan nümunə götürərək hazırlasalar da, həmin prosedurları praktikada tətbiq edə bilmirlər.

“Sadəcə sənədin olması kifayət deyil. Əsas məsələ həmin sənədlərin praktikada tətbiqi və qurumun müvafiq sahədə səriştəyə malik olmasıdır”, – deyə o vurğulayıb.

AzAK-ın keyfiyyət üzrə meneceri bildirib ki, akkreditasiya edilmiş qurumlarda üçillik müddət ərzində iki dəfə illik qiymətləndirmə aparılır. Bu zaman ciddi uyğunsuzluqlar aşkarlandıqda akkreditasiya attestatının qüvvəsi müvəqqəti dayandırıla bilər.

Onun sözlərinə görə, aşkar edilən çatışmazlıqların aradan qaldırılması üçün qurumlara müəyyən müddət verilir. İlkin akkreditasiya prosesində bu müddət beynəlxalq təcrübəyə əsasən, adətən, maksimum üç ay təşkil edir. Lakin qanunvericiliyə uyğun olaraq müddət qarşı tərəflə razılaşdırıla bilər.

Ləman Salmanova əlavə edib ki, illik qiymətləndirmələr zamanı qurumların əvvəlki akkreditasiya şərtlərinə əməl edib-etmədiyi, işçi heyətinin, avadanlıqlarının və zəruri sənədlərinin mövcudluğu yenidən yoxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR