Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın Gürcüstandan idxal etdiyi tütün məmulatlarının həcmi azalıb.
APA-nın yerli bürosu xəbər verir ki, cari ilin ilk altı ayı ərzində bu ölkədən Azərbaycana 20,7 mln. ABŞ dolları dəyərində 962,7 ton tütün məmulatları ixrac edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan Azərbaycan idxal olunan tütün məmulatlarının dəyəri 46,5%, həcmi isə 2,2 dəfə azalıb.