“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri 6 ay ərzində yerli və xarici investorlardan ümumi olaraq 600 min manat yatırım cəlb ediblər.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, vəsait “Ticketsetup”, “Nextsale”, “Vriendly”, “Qreact”, “Onepoint”, “Topla.az”, “Whelp” startapları tərəfindən cəlb olunub.
Cəlb olunan sərmayənin 25%-i xarici, qalan hissəsi isə yerli invesotorların payına düşür. Xarici investorlar əsasən Koreya, ABŞ və Almaniyadandırlar.