Bank Of Baku

Azərbaycanda əmlak qiymətləndirilməsində süni intellekt tətbiq olunacaq

Nüsrət İbrahimov

© APA | Nüsrət İbrahimov

# 24 iyun 2026 17:02 (UTC +04:00)

Azərbaycanda qiymətləndirmə fəaliyyətində süni intellekt əsaslı avtomatlaşdırılmış qiymətləndirmə modullarının tətbiqi nəzərdə tutulur.

APA-Economics xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov palatanın illik hesabat xarakterli mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, beynəlxalq qiymətləndirmə standartlarının 2025-ci il tələblərinə uyğun olaraq qiymətləndirmə sahəsində süni intellektdən istifadə təmin edilməlidir.

“Portalda beş funksiya nəzərdə tutmuşuq. Beşinci funksiya avtomatlaşdırılmış qiymətləndirmə modullarının istifadəsidir. Bu, beynəlxalq standartların bizə qoyduğu öhdəlikdir. Təbii ki, burada süni intellektdən istifadə olunacaq, lakin bu sistem bizim öz məlumat bazamız əsasında fəaliyyət göstərəcək”, - deyə N. İbrahimov qeyd edib.

Palata sədri bildirib ki, hazırda indekslərin hesablanması və bazar təhlilləri mövcud metodologiya əsasında əl ilə aparılır.

“Beynəlxalq qiymətləndirmə standartlarının yeni tələbləri süni intellektdən istifadəni, böyük məlumat bazasının formalaşdırılmasını, keyfiyyətə nəzarət sisteminin qurulmasını və ESG faktorlarının qiymətləndirmə hesabatlarında tətbiqini nəzərdə tutur”, - deyə o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR