Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı (Aİ) şirkətlərinin böyük əksəriyyəti cari ildə Azərbaycanda sabit iqtisadi artımın olacağını gözləyir.
“APA-Economics”in məlumatına görə, bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasının rəy sorğusu əsasında hazırladığı “Aİ və Azərbaycanda Biznes Mühiti – 2019” hesabatında bildirilir.
Hesabatda qeyd olunur ki, rəy sorğusunun nəticələrinə əsasən şirkətlərinin böyük əksəriyyəti (64%-i) bu fikirlə razıdır. Yalnız 10%-i isə iqtisadi vəziyyətin pisləşəcəyini gözləyir.
“İqtisadiyyatın sabitləşməsindən sonra biznes perspektivlərinin də sabitləşməsi müşahidə olunur. Bu müsbət hal olsa da, hazırda aşağı səviyyədədir”, - hesabatda qeyd olunub.
Builki nəticələrin ətraflı təhlili biznes mühiti göstəricilərinin Aİ şirkətləri tərəfindən əksər halda "orta" səviyyədə qiymətləndirildiyini göstərir.
Qeyd edək ki, hazırda Azərbaycan 1 600-dən çox Aİ şirkəti fəaliyyət göstərir.