Polşa İnvestisiya və Ticarət Agentliyinin Azərbaycandakı nümayəndəliyi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərini 19-22 sentyabr 2019-cu il tarixində Polşada keçiriləcək “Agro Show” beynəlxalq sərgidə iştirak etməyə dəvət edib. Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, sərgidə iştirakla bağlı müraciətlər Polşa İnvestisiya və Ticarət Agentliyi tərəfindən qəbul olunur.
Qeyd edək ki, “Agro Show” sərgisi 1999-cu ildən Polşanın Kənd Təsərrüfatı Maşınları və Avadanlığı Palatası tərəfindən təşkil olunur. Sərgi müasir kənd təsərrüfatı maşın və avadanlıqlarının nümayiş olunduğu platforma kimi tanınır. Hər il sərgidə 800-ə yaxın şirkət və 140 minədək fermer iştirak edir.