Bank Of Baku

Azərbaycanla Rusiyanın Leninqrad vilayəti arasında əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycanla Rusiyanın Leninqrad vilayəti arasında əməkdaşlıq haqqında saziş imzalanıb
# 07 iyun 2019 16:07 (UTC +04:00)

Rusiyanın Leninqrad vilayəti ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş imzalanıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, sazişin imzalanması Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub.

Sazişi Azərbaycan tərəfdən Forumda nümayəndə heyətinə rəhbərlik edən iqtisadiyyat naziri Şahin Mustafayev və Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko imzalayıblar.

İmzalanma mərasimindən sonra çıxış edən Şahin Mustafayev Azərbaycanla Rusiya arasında iqtisadiyyat sahəsində əlaqələrin inkişafından danışıb. Rusiyanın regionları ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndiyi vurğulanıb.

A.Drozdenko isə çıxışında imzalanan sazişin həm Azərbaycan, həm də Leninqrad vilayəti üçün uğurlu olacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR