Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Cənubi Koreya İdxalçılar Assosiasiyası (KOIMA) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
"APA-Economics"in məlumatına görə, sənədi Azpromo-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev və KOIMA-nın sədri Honq Kvanq-Hi imzalayıblar.
Qeyd edək ki, sözügedən memorandum bu gün Bakıda təşkil olunan Azərbaycan-Koreya biznes forumu çərçivəsində imzalanıb.