Bank Of Baku

Bakının qəsəbə və kəndlərində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlər verilib

Bakının qəsəbə və kəndlərində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlər verilib
# 24 sentyabr 2019 16:54 (UTC +04:00)

Sahibkarlığın İnkişafı Fondu Pirallahı rayonunda keçirilən işgüzar forum çərçivəsində Bakının qəsəbə və kəndlərində fəaliyyət göstərən sahibkarlara 2,6 mln. manat güzəştli kredit verib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, verilən güzəştli kreditlər əkinçilik, quru süd istehsalı, meyvəqurutma müəssisələrinin yaradılması və s. sahələrə yönəldiləcək və 60-dan çox iş yerinin açılması imkanı yaradacaq.

Forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov özəl sektorun, xüsusilə innovativ sahibkarlığın inkişafının daha da genişlənməsi üçün sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini, əlverişli işgüzar mühitin yaradıldığını vurğulayıb. Özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri barədə məlumat verən Sahib Məmmədov Sahibkarlığln İnkişafı Fondunun Bakıətrafı qəsəbə və kəndlərdə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb.

Nazir müavini sahibkarlar və Sahibkarlığın İnkişafı Fondu arasında əməkdaşlığın daha da genişləndirilməsi, sahibkarların maarifləndirilməsi, müraciətlərinin operativ qaydada cavablandırılması, startapların dəstəklənməsi üçün Fondda Sahibkarlara Xidmət və Biznes İnkubasiya mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb, sahibkarları bu imkanlardan yararlanmağa dəvət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR