Bank Of Baku

Baş nazir: "Gömrük sahəsində görülən işlər ölkə iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edir"

Baş nazir: "Gömrük sahəsində görülən işlər ölkə iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edir"
# 12 iyun 2019 12:13 (UTC +04:00)

Hazırda Azərbaycan olduqca güclü islahatlar mərhələsini yaşayır ki, bu istiqamətdə ölkənin davamlı inkişafını təmin etmək üçün atılan addımlar və əldə olunan nailiyyətlər göz qabağındadır.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Baş nazir Novruz Məmmədov deyib.

Onun sözlərinə görə, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları üzrə Konfrans və Sərgisinin Bakıda təşkil olunması bunun bariz nümunəsidir.

Baş nazir əlavə edib ki, gömrük sahəsində atılan addımlar və görülən işlər ölkə iqtisadiyyatının və digər sahələrin inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir: “Düşünürəm ki, Azərbaycanın Dövlət Gömrük Komitəsi bu sahədə çox böyük nailiyyətlər əldə edib və bu istiqamətdə biz şübhəsiz ki, öz fəaliyyətimizi davam etdirəcəyik. Bugünkü Dünya Gömrük Təşkilatı ilə aparılan sıx əməkdaşlıq və görülən işlər öz töhfəsini göstərəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR