Bu ilin sonunadək Azərbaycandan Rusiya, Çin və Birləşmiş Ərəb Əmirliklərinə ixrac missiyaları təşkil olunacaq.
“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Yusif Abdullayev bildirib.
"Bu, olduqca önəmli bir mexanizmdir ki, ondan daim istifadə olunur. Ümumiyyətlə, bu il ərzində aparılan işlər çərçivəsində sırf ixrac mexanizminə dəstək tədbirlərimiz nəticəsində 3 mln. ABŞ dollarından artıq məhsul ixrac olunub", - deyə Y. Abdullayev əlavə edib.