“Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı mexanizmlər çərçivəsində yerli sahibkarlara cari ilin sonunadək fərqli-fərqli sertifikatların təqdim olunmasında dəstək veriləcək.
"APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Yusif Abdullayev deyib.
Onun sözlərinə görə, veriləcək sertifikatların 60 min manat məbləği keçməmək şərti ilə 50%-dək hissəsi dövlət tərəfindən ödəniləcək: "Bu rəqəm kifayət qədər böyükdür. Biz artıq müraciətləri almışıq və yaxın gələcəkdə sertifikatların təqdim olunması mərasimini təşkil edəcəyik".