Bu ilin ilk beş ayında Azərbaycanda qeydiyyata alınan əmək müqavilələrin 70%-i qeyri-neft sektorunun payına düşüb.
"APA-Economics"in verdiyi məlumata görə, bu barədə Azərbaycanın Vergilər naziri Mikayıl Cabbarov Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu ilin beş ayında 66 mindən artıq əmək müqaviləsi məhz qeyri-neft sektoru üzrə qeydiyyata alınıb.
"Toplam göstəricini (96 min əmək müqaviləsini) götürərkən, bu, 70% deməkdir", - deyə nazir əlavə edib.