Bank Of Baku

Nazir: "Azərbaycandakı sənaye parklarında indiyədək 1,4 mlrd. manata yaxın məhsul istehsal ediblər"

Nazir: "Azərbaycandakı sənaye parklarında indiyədək 1,4 mlrd. manata yaxın məhsul istehsal ediblər"
# 04 iyun 2019 10:27 (UTC +04:00)

Azərbaycanda sənaye parklarında fəaliyyət göstərən müəssisələr tərəfindən indiyədək 1,36 mlrd. manat dəyərində məhsul istehsal edilib. 

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Sahibkarlar gününə həsr olunan "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, istehsal edilən malların 250 mln. manatlıq olan bir hissəsi artıq ixrac edilib.

Bundan başqa, indiyədək rezidentlər tərəfindən sənaye parklarına 3,3 mlrd. manat məbləğində investisiya qoyulub, 9 minədək yeni iş yerləri açılıb. 

Gələcək dövrdə bu sahənin inkişafına 400 mln. ABŞ dollarınadək investisiya qoyuluşu və 1,6 minədək yeni iş yerlərinin açılması nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR