Müstəqillik dövrü ərzində Azərbaycan iqtisadiyyatına 263 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub.
"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda çıxış edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı dayanıqlı inkişaf edir. Bu ilin sonunadək ölkə iqtisadiyyatının 3,2%, qeyri-neft sektorunun isə 3,4% artacağı proqnozlaşdırılır.
"Ölkənin xarici dövlət borcunun ÜDM-də 19% təşkil etməsi də Azərbaycan iqtisadiyyatının dayanıqlı olmasından xəbər verir", - deyə nazir bildirib.